Qərargah: Maska taxsaq və sosial məsafəni qorusaq, daha sərt addımlar atmağa ehtiyac qalmaz

Qərargah: Maska taxsaq və sosial məsafəni qorusaq, daha sərt addımlar atmağa ehtiyac qalmaz
# 03 iyun 2020 19:38 (UTC +04:00)

“Heç bir ölkədə xəstə sayının çoxluğuna səhiyyə sistemi davam gətirə bilməz”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, Azərbaycanda yetərincə mütəxəssislər hazırlanıb.

“Ancaq xüsusən Bakıdakı xəstə sayında sıxlığa görə həftə sonunda küçəyə çıxmaq qadağasını zəruri edir. Biz yenə Prezidentin dediyi kimi “Biz brlikdə güclüyük” devizi ilə hərəkət etməliyik. Biz bu məsələyə ölkəmizin milli təhlükəsizliyi qədər ciddi yanaşsaq, hər şey qaydasına düşəcək. Açığı, vəziyyətin belə olacağını gözləmirdik. İnanırıq ki, sabahkı qərardan sonra müəyyən epidemik göstərişlər əldə olunacaq. Biz xüsusən həftə sonundan sonra, bazar ertəsindən başlayaraq, bütün qaydalara riayət etsək, maska taxsaq və sosial məsafəni qorusaq, daha sərt addımlar atmağa ehtiyac qalmaz. Xəstələrin sayının azalması tək həftəsonu qadağalarla təmin olunmayacaq, həftə ərzində də qaydalara tam riayət edilməlidir, maskadan istifadə edilməli, sosial məsafə gözlənilməlidir”, - deyə R. Bayramlı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR