Qubada karantin qaydalarını pozaraq fəaliyyət göstərən dönərxana aşkarlanıb

Qubada karantin qaydalarını pozaraq fəaliyyət göstərən dönərxana aşkarlanıb
# 28 yanvar 2021 15:43 (UTC +04:00)

Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən dönərxana aşkarlayıblar.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan APA-ya verilən məlumata görə, dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyekti icarə əsasında işlədən Babək Camalov və orada olan 3 nəfər müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokollar tərtib edilib və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR