Respublika Kliniki Uroloji Xəstəxanasına yeni baş həkim təyin olunub

Respublika Kliniki Uroloji Xəstəxanasına yeni baş həkim təyin olunub
  • Clock-gray 09:21
  • calendar-gray 02 Noyabr 2020

M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasına yeni baş həkim təyin olunub.

TƏBİB-dən APA-ya verilən xəbərə görə, bu barədə TƏBİB idarə heyətinin sədri Ramin Bayramlı əmr imzalayıb. Əmrə əsasən, Pərviz Nadir oğlu Hacıyev Respublika Kliniki Uroloji Xəstəxanasının baş həkimi təyin edilib. 

Pərviz Nadir oğlu Hacıyev Ankara Universitetində 2001-2009-cu illərdə həkim, 2010-2015-ci illərdə uroloq, 2016-2019-cu illərdə uşaq uroloqu ixtisası üzrə təhsil alıb. Eyni zamanda Danimarka, Praqa, Çexiya və Avstriyada Avropa Urologiya Təhsil Proqramını (EUSP) bitirib. Özəl tibb müəssisəsində çalışıb. 

apa-logo-mini

Digər xəbərlər