ƏƏSMN: Dilqəm Əsgərovun xanımının pensiya ödənişi davam edir

ƏƏSMN: Dilqəm Əsgərovun xanımının pensiya ödənişi davam edir
  • Clock-gray 11:47
  • calendar-gray 01 Sentyabr 2020

Erməni girovluğunda qalan soydaşımız Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərovanın əlilliyi və ona pensiya ödənişi dayandırılmayıb.

APA-nınm məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov bildirib.

O bildirib ki, F.Əsgərovanın əlillik sənədlərində elektron sistem tərəfindən müəyyən uyğunsuzluq aşkar edilib: "Lakin onun əyani müayinəsi nəticəsində tərtib olunan sənəd əsasında bu uyğunsuzluq aradan qaldırılıb. F. Əsgərovanın əlilliyi və buna görə ona pensiya ödənişi davam edir. Ümumilikdə əlillik təyinatlarının araşdırılması e-sistem tərəfindən aparılır və fərdi xarakter daşımır. Hər hansı uyğunsuzluq aşkarlandıqda bu barədə vətəndaşa məlumat verilərək əyani müayinə nəticəsində aradan qaldırılır". 

Günay Elşadqızı

Digər xəbərlər