Sabah axşamdan hava qeyri-sabit keçəcək, yağış, qar yağacaq, çaylarda sululuq artacaq

Sabah axşamdan hava qeyri-sabit keçəcək, yağış, qar yağacaq, çaylarda sululuq artacaq
# 14 noyabr 2020 12:36 (UTC +04:00)

Noyabrın 15-i axşamdan 18-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Noyabrın 15-i axşam şərq rayonlarında, 16-sı axşamdan isə əksər rayonlarda arabir yağış gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Havanın temperaturu tədricən 5-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı istisna olunmur. Qeyri-sabit hava şəraiti ikinci ongünlüyün sonunadək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR