Səhiyyə Nazirliyi vətəndaşları yalnız rəsmi qurumların məlumatlarına inanmağa çağırıb

Səhiyyə Nazirliyi vətəndaşları yalnız rəsmi qurumların məlumatlarına inanmağa çağırıb
# 02 fevral 2021 16:42 (UTC +04:00)

"Sosial şəbəkələrdə yayılan COVID-19 virusunun yeni mutasiyasının uşaqlara ciddi təsir edəcəyi və xəstəxanalarda uşaq çarpayılarının yerləşdirilməsi ilə bağlı yayılan səs yazısı həqiqəti əks etdirmir".

Bu barədə APA-ya Səhiyyə Nazirliyindən bildirilib: "Ümumdünya Səhiyyə Təşkilatı yeni mutasiya ilə əlaqədar açıqlamasında uşaqlara yarada biləcək təhlükə ilə bağlı heç bir faktın olmadığını bəyan edib.

Bu mövzunun həssaslığını nəzərə alaraq vətəndaşları yalnız rəsmi qurumların məlumatlarına inanmağa çağırırıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR