Şirvanda yaşayış yerini tərk edən 2 koronavirs xəstəsi barəsində cinayət işi açılıb

Şirvanda yaşayış yerini tərk edən 2 koronavirs xəstəsi barəsində cinayət işi açılıb
# 25 noyabr 2020 13:16 (UTC +04:00)

Şirvanda yaşayış yerini tərk edən COVID 19-a yoluxmuş 2 nəfər barəsində cinayət işi açılıb.

APA-nın Mil-Muğan bürosu bildirir ki, Şirvan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbə sakini, 1963-cü il təvəllüdlü Eyvazov Yavər Abbas oğlu və M.Ə.Rəsulzadə küçəsi 17, mənzil 52 ünvanında yaşayan Dəmirova Röya Azər qızı yaşayış yerlərini tərk etdiklərinə görə saxlanılıb. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə hər iki şəxs yaşadıqları evə qaytarılıb.

Onlar barəsində Şirvan ŞPŞ-nin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 139.1.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR