Siyavuş Novruzov: “Bəzi şəhid ailələri, qazilər arasında mənzil şəraiti yaxşı olmayanlar var”

Siyavuş Novruzov: “Bəzi şəhid ailələri, qazilər arasında mənzil şəraiti yaxşı olmayanlar var”
  • Clock-gray 11:43
  • calendar-gray 28 Dekabr 2020

“Bəzi şəhid ailələri, qazilər arasında mənzil şəraiti yaxşı olmayanlar var”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında .“Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, onların kommunal borcları da ləğv olunmalıdır: “Məsələnin mahiyyəti sırf maddiyata yönəldilməməlidir. Maddiyyatı onların igidliklərindən yuxarı tutmamalıyıq. Onlar Vətənin ərazi bütövlüyünü təmin edib, 30 ildir, qəlbimizdə olan yaranı sağaldıb. Onların bəzisi hətta gizlincə avtobusa minib müharibəyə yollanıb. Onlar ora gedəndə sabah veriləcək pensiyanı düşünməyib. Biz dərsliklərimizə bu qəhrəmanlıqları salmalıyıq. Gələcək nəslə maddiyyatı deyil, qəhrəmanlıqları aşılamalıyıq. Doğrudur, onlar ən yaxşı şəraitə layiqdirlər, onların sosial təminatı həll olunmalıdır, amma igidliklərini də unutdurmamalıyıq”.

Deputat qeyd edib ki, digər tərəfdən işğaldan azad olmuş ərazilər ən qısa müddətdə bərpa edilməlidir: “Ermənilər orada olan boşluqdan istifadə edib, hələ də ərazilərdə hücumlar təşkil edir, oraları minalayır. Hansısa şəhərin, rayonun, kəndin problemi 1 il gözləyə bilər. Amma işğaldan azad olunmuş əraziləri isə tez zamanda bərpa etməli, insanları öz yurd-yuvalarına köçürməliyik”.

Firuzə Vahid

Digər xəbərlər