Sərt karantin rejimi tətbiq olunan ərazilərdə SMS icazənin müddəti bu gündən 3 saatadək artırılıb

Sərt karantin rejimi tətbiq olunan ərazilərdə SMS icazənin müddəti bu gündən 3 saatadək artırılıb
# 20 iyul 2020 00:01 (UTC +04:00)

Sərtləşdirilmiş xüsusi karantin rejiminin uzadıldığı ərazilərdə şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazənin müddətində dəyişiklik edilib.

APA-nın məlumatına görə, SMS icazənin müddəti bu gündən 2 saatdan 3 saatadək artırılıb.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejiminin müddətinin 2020-ci il 5 avqust saat 06:00-dək uzadılmasına qərar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR