Sumqayıtda Vətən müharibəsi şəhidlərinın xatirə lövhəsi açılıb - FOTO

Sumqayıtda Vətən müharibəsi şəhidlərinın xatirə lövhəsi açılıb - FOTO
# 12 yanvar 2021 23:38 (UTC +04:00)

Sumqayıt şəhərində II Qarabağ savaşı şəhidləri Elçin Zamin oğlu Hüseynov və Elnur Əli oğlu Allahverdizadənin xatirə lövhəsi açılıb.

APA-nın yerli bürosunun məlumatına görə, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində baş tutan tədbirdə çıxış edən şəhid valideynləri bütün şəhidlərə rəhmət diləyib, Azərbaycan ordusunu, qalib əsgərlərimizi qələbə münasibətilə təbrik ediblər.

Şəhid Allahverdizadə Elnurun döyüş yoldaşları onun şücaəti və keçdikləri döyüş yolundan danışıblar. Onlar Elnurun əsl qəhrəman olduğunu, topun arxasında olarkən hər zaman yoldaşlarına ürək-dirək verdiyini bildiriblər. Döyüş yoldaşları Elnurun 7 noyabr tarixində Xocavənd - Ağdam uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldığını vurğulayıbar.

Tədbirdə çıxış edən Şəhid Elçin Hüseynovun qardaşı Natiq Hüseynov onun vətənpərvər insan olduğunu və hər zaman Şuşa həsrəti ilə yaşadığını söyləyib. Döyüş yoldaşlarının Elçinin məzarı üstünə bir ovuc torpaq səpdiklərini deyən N.Hüseynov qardaşının Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olduğunu sözlərinə əlavə edib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR