Sumqayıtda şəhid kapitan Anar Heydərov dəfn edilib - FOTO

Sumqayıtda şəhid kapitan Anar Heydərov dəfn edilib - FOTO
# 31 dekabr 2020 01:49 (UTC +04:00)

Vətən müharibəsində şəhid olmuş kapitan Heydərov Anar Bəhruz oğlu Sumqayıt şəhərində dəfn edilib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhidlə vida mərasimi keçirilib.

Şəhidimiz kapitan Heydərov Anar Bəhruz oğlu Sumqayıtın Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhər rəsmiləri iştirak ediblər. Şəhidin tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı mərhumun yaxınlarına təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR