Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması ilə bağlı mexanizm hazırlanması təklif olunub

Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması ilə bağlı mexanizm hazırlanması təklif olunub
  • Clock-gray 11:03
  • calendar-gray 09 Mart 2021

Ombudsman “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna dəyişiklik edilməsi təklifi ilə çıxış edib.

APA-nın məlumatına görə, bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2020-ci il üzrə məruzəsində əksini tapıb.

Ombudsman “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununda  şəxsin yaşayış sahəsindən çıxarıldığı və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildiyi hallarda onun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının  mülkiyyətçinin (əmlak sahibinin) tələbinə əsasən inzibati qaydada həyata keçirilməsi mexanizminin hazırlanması və bununla əlaqədar həmin Qanuna əlavə və dəyişikliklər edilməsini təklif edib.

 

Əsmər Qabil

Digər xəbərlər