Təhsil Nazirliyi: Zaqatalada məktəbdə film çəkilişində şagirdlərin iştirakına icazə verilib - FOTO

Təhsil Nazirliyi: Zaqatalada məktəbdə film çəkilişində şagirdlərin iştirakına icazə verilib - FOTO
# 20 avqust 2020 10:33 (UTC +04:00)

Təhsil Nazirliyi Zaqatala şəhər 1 saylı tam orta məktəbdə aparılan film çəkilişində şagirdlərin iştirakına aydınlıq gətirib.

Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sanitar epidemioloji tələblərə əməl etmək və sosial məsafəni gözləməklə sözügedən bədii filmin müəyyən epizodlarının çəkilişinə razılıq verilib.

Qeyd edək ki, Zəfər Murtuzəliyev adına Zaqatala şəhər 1 saylı tam orta məktəbdə pandemiya qaydalarına zidd olaraq şagirdlərin iştirakı ilə film çəkildiyi barədə sosial şəbəkələrdə məlumat və bunu əks etdirən fotolar yayılıb. Orta məktəbdə çəkiliş aparan "Azərbaycanfilm" Kinostudiyasının əməkdaşı, filmin icraçı prodüseri Arif Səfərov bildirib ki, Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın çəkilişə icazə verilməsi ilə bağlı imzalı məktubu var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR