Təhsil Nazirliyi təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsini təmin edəcək

Təhsil Nazirliyi təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsini təmin edəcək
# 08 iyul 2020 11:37 (UTC +04:00)

Təhsil Nazirliyi təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsini təmin edəcək.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən imzalanan fərmanla “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.

İndiyə qədər nazirlik təhsil müəssisələrinin akkreditasiyasını həyata keçirmək məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada akkreditasiya xidmətini yaradırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR