Ülvi Mehdiyev: ““YAŞAT” Fondu şəffaf platforma olacaq”

Ülvi Mehdiyev: ““YAŞAT” Fondu şəffaf platforma olacaq”
# 08 dekabr 2020 12:21 (UTC +04:00)

““YAŞAT” Fondunda müharibədə yaralananlar və şəhid olanlar haqda tam məlumat olacaq”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “YAŞAT” Fondu ilə bağlı keçirilən onlayn mətbuat konfransında deyib.

“Hər kəs müharibədə yaralananlar və şəhidlər barədə məlumat ala biləcək. Bu, şəffaf bir platforma olacaq. Şəhid ailələrinə yardım etmək istəyənlər hər şeyi aydın görə biləcək”, - deyə Ü. Mehdiyev vurğulayıb.

Son dövrlər cəmiyyətdən müxtəlif təşəbbüslərin gəldiyini xatırladan Dövlət Agentliyinin sədri qeyd edib ki, şəhid ailələri və müharibədə yaralananların ehtiyacları 4 istiqamətdə müəyyənləşəcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək olaraq “YAŞAT” Fondu yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR