Vaksinasiya prosesinin tətbiq edilməsi üçün mütləq texniki şərtlər açıqlanıb

Vaksinasiya prosesinin tətbiq edilməsi üçün mütləq texniki şərtlər açıqlanıb
# 16 yanvar 2021 11:37 (UTC +04:00)

"Vaksinasiya prosesinin tətbiq edilməsi üçün mütləq texniki şərtlər mövcuddur".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ qərargahın mətbuat konfransında Səhiyyə Nazirliyinin şöbə müdiri Teymur Musayev bildirib. Onun sözlərinə görə, bunlardan ən əsası “soyuq zəncir” şəraitidir: “Bu da vaksinlərin ölkəyə gətirilməsi, saxlanması və məntəqələrə çatdırılması üçün tələb olunan xüsusi infrastrukturun qurulmasıdır. İkinci məlumat bazasıdır. COVİD-19 vaksinasiyası üzrə genişməqsədli vahid məlumat bazasının (e-TƏBİB üzərindən) və digər məlumat bazaları ilə inteqrasiya edilməsi, toplanan bütün məlumatların təhlil edilməsidir.

Vaksinyasiya məntəqələrinin şəraiti məntəqələrin tələb olunan ləvazimatlarla təmin olunması, heyətin təlimləndirilməsi və digər hazırlıq tədbirlərinin həyata keçirilməsindən ibarətdir. Sonuncu vacib tələb qeydiyyata aiddir. Bu da peyvənd olunmuş şəxslərin cari qeydiyyatı və müşahidəsi üçün müəyyən edilmiş sənədləşmə ehtiyaclarının qarşılanmasıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR