Valideynlərini itirmiş uşaqların təhsil haqqı övladlığa götürüldükdə də dövlət büdcəsi hesabına ödəniləcək

Valideynlərini itirmiş uşaqların təhsil haqqı övladlığa götürüldükdə də dövlət büdcəsi hesabına ödəniləcək
# 24 noyabr 2020 19:04 (UTC +04:00)

Prezident İlham Əliyev “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib.

APA-nın məlumatına görə, qanuna əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilirdi.

Artıq valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar da övladlığa götürüldükdə də bu hüququ özlərində saxlayacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR