Vəfa Yaqublu: “Təhsilin əvvəlki formada təşkili yalnız “yaşıl” zonada mümkündür”

Vəfa Yaqublu: “Təhsilin əvvəlki formada təşkili yalnız “yaşıl” zonada mümkündür”
# 17 avqust 2020 18:51 (UTC +04:00)

“Biz də istəyirik ki, bütün uşaqlar öyrəşdikləri formada məktəbə getsinlər, təhsil alsınlar”.

APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

O bildirib ki, dağ rayonları da “sarı” zonada yerləşir: “Burada post qurulmayıb deyə “narıncı” zonadan virus daşıyıcıları ora daxil olub kəndi yoluxdura bilər. Ölkə “sarı” və “narıncı” zonadan ibarətdir. Bizdə “yaşıl” zona yoxdur. Təhsilin əvvəlki formada təşkili isə yalnız “yaşıl” zonada mümkündür”.

O qeyd edib ki, internetə çıxışı olmayan yerləri nəzərə alaraq tele-dərsləri davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR