"Virtual məktəb"də təqvim cədvəlləri yenilənir

"Virtual məktəb"də təqvim cədvəlləri yenilənir
# 13 yanvar 2021 10:50 (UTC +04:00)

2020-2021-ci tədris ilinin II yarımilinin başlaması ilə əlaqədar yanvar ayının sonunda “Virtual məktəb”də müəllim və şagird təqvimləri yenilənəcək.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, təqvimlər yeniləndiyi tarixdən sonrakı bütün tədbirlər silinəcək. Məqsəd platformada təqvim yüklülüyünün azaldılması və nəticədə istifadə rahatlılığının artırılmasıdır.

Fevral ayından etibarən təqvimin düzgün idarəedilməsi məqsədi ilə müəllimlərdən dərs görüşlərini yaradarkən ümumi və regional qrupları deyil, tədris etdikləri sinfin müvafiq fənn kanalını seçdiklərindən əmin olmaları xahiş olunur. Həmçinin, dərs görüşləri məktəb rəhbərliyi və ya sinif rəhbəri tərəfindən deyil, fənn müəllimi tərəfindən yaradılmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR