Vətən müharibəsində itkin düşən hərbçimizin nəşi Xocavənd istiqamətində tapılıb - FOTO

Vətən müharibəsində itkin düşən hərbçimizin nəşi Xocavənd istiqamətində tapılıb - FOTO
# 17 mart 2021 21:09 (UTC +04:00)

Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhid Gəncə şəhər sakini, 1998-ci il təvəllüdlü Məmmədov Vüsal Elşən oğludur.

V.Məmmədovun nəşi Xocavənd istiqamətində tapılıb. Onun cənazəsi sabah Gəncə şəhərinə gətirilərək Şəhidlər Xiyabanında dəfin ediləcək.

Qeyd edək ki, V.Məmmədov ailəsi ilə sonuncu dəfə ötən ilin noyabrın 6-da telefonla danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR