Vətən müharibəsində əlil olan hərbi qulluqçular növbədənkənar reabilitasiya vasitələri ilə təmin ediləcək

Vətən müharibəsində əlil olan hərbi qulluqçular növbədənkənar reabilitasiya vasitələri ilə təmin ediləcək
# 13 yanvar 2021 17:37 (UTC +04:00)

2020-ci il 27 sentyabr tarixindən başlayan hərbi əməliyyatlar zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların əyani müayinə keçirməklə əlilliyi qiymətləndiriləcək.

APA-nın məlumatına görə, bu, baş nazir Əli Əsədovun bu gün imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların tibbi-sosial ekspertizası ilə bağlı bəzi məsələlər barədə” qərarında əksini tapıb.

Qərara əsasən, bununla bağlı məsələ Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların tibbi-sosial ekspertizası ilə bağlı məsələlərin operativ, vaxtında, keyfiyyətlə və mərkəzləşmiş şəkildə həllinin təmin edilməsi məqsədilə yaradılan komissiyaya tapşırılıb.

Komissiyaya həmçinin, əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların reabilitasiya vasitələri ilə növbədənkənar təmin edilməsi və əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların reabilitasiyası ilə əlaqədar zəruri tədbirlərin görülməsi də tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR