Vətəndaş keçmiş deputatı mülkünü zəbt etməkdə ittiham edir

Vətəndaş keçmiş deputatı mülkünü zəbt etməkdə ittiham edir
  • Clock-gray 14:01
  • calendar-gray 21 Avqust 2020

“Mənim Bilgəh qəsəbəsində yerləşən evlərim keçmiş deputat Qalib Salahzadə tərəfindən sındırılıb və zəbt edilib”.

APA-nın məlumatına görə, bu barədə Baş Prokurorluğun “Instagram” səhifəsində aparılan sual-cavab sessiyasında Quliyev Seymur İsrafil oğlu adlı istifadəçi qeyd edib.

O bildirib ki, 2018-ci ildə Daxili İşlər Nazirliyində bununla bağlı cinayət işi başlanıb və o, 14 mart 2020-ci tarixdə zərərçəkən şəxs qismində tanınıb: “Mənim mülkiyyətimə gedən dövlət yolu bu günə kimi Salahzadə Qalib tərəfindən bağlıdır. Bu barədə 15 aprel 2020-ci il tarixində DİN-dən Baş Prokurorluğa 182006067 nömrəli cinayət işi daxil olub”.

Baş Prokurorluqdan vətəndaşın müraciətinin qeydə alındığı, nəticəsi ilə bağlı müvafiq araşdırma aparıldıqdan sonra ətraflı məlumat veriləcəyini bildirilib.

APA ittihamla bağlı keçmiş deputat Qalib Salahzadənin mövqeyini öyrənmək istəsə də, o bu məsələ ilə bağlı danışmaq istəməyib.

Firuzə Vahid

Digər xəbərlər