Yanvar-iyun aylarında 743 min nəfərə müavinət və təqaüd ödənilib

Yanvar-iyun aylarında 743 min nəfərə müavinət və təqaüd ödənilib
# 08 iyul 2020 10:18 (UTC +04:00)

2020-ci ilin birinci yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 455,4 min nəfərə sosial müavinət ödənilib. Onlardan 412,1 min nəfəri aylıq, qalanları birdəfəlik müavinət alanlar olub.

Nazirlikdən APA-ya verilən məlumata görə, həmin dövrdə ƏƏSMN-nin xətti ilə Prezident təqaüdləri ilə təmin olunanların sayı 287,5 min nəfər olub. Yanvar-iyun aylarında ümumilikdə 742,9 min nəfərə sosial müavinət və təqaüd verilib.

Bu ilin 6 ayında müavinət və təqaüdlər formasında əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 151 milyon manat və ya 46,6 faiz çox olmaqla, 475 milyon manat ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR