“Yüksəliş” müsabiqəsinin yarımfinal və final mərhələləri komandalar şəkilində keçiriləcək

“Yüksəliş” müsabiqəsinin yarımfinal və final mərhələləri komandalar şəkilində keçiriləcək
# 06 fevral 2021 12:56 (UTC +04:00)

“Yüksəliş” müsabiqəsinin yarımfinal və final mərhələləri komandalar şəkilində keçiriləcək.

APA xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin müavini, "Yüksəliş" müsabiqəsi komitəsinin rəhbəri Fərhad Hacıyev deyib.

O bildirib ki, iştirakçılar müsabiqənin yarımfinalında 8, finalda isə 6 nəfərlik komandalara bölünəcəklər.

Bundan sonra hər komandaya müxtəlif məsələlərin həlli tapşırılacaq.

Fərhad Hacıyev qeyd edib ki, müsabiqəyə işğaldan azad olunan ərazilərin inkişafı ilə bağlı məsələlər də salınacaq: “Hər hansı komanda qarşısında işğaldan azad olunmuş şəhərin və ya rayonun inkişafına dair məsələlər qoyulacaq. İştirakçılar həmin məsələlərin həlli ilə bağlı təkliflərini verəcəklər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR