Zakir Qaralov Sumqayıtda vətəndaşları qəbul edəcək

Zakir Qaralov Sumqayıtda vətəndaşları qəbul edəcək
# 05 dekabr 2019 10:16 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov dekabrın 13-də saat 10:00-da Sumqayıt şəhər Prokurorluğunun inzibati binasında Sumqayıt şəhər və Qubadlı rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Sumqayıt şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR