Bank Of Baku

İsveç Polşaya "Patriot" sistemləri göndərəcək

İsveç Polşaya "Patriot" sistemləri göndərəcək
# 06 oktyabr 2026 18:34 (UTC +04:00)

İsveç Polşaya “Patriot” sistemləri göndərməyi planlaşdırır.

APA xəbər verir ki, bununla bağlı İsveçin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sistem NATO Hərbi Hava Qüvvələri Komandanlığının nəzarətində olacaq.

Nazirliyin məlumatına görə, “Patriot”lar Polşaya dekabr ayında göndəriləcək.

Burada məqsədin NATO-nun Ukraynaya hərbi təchizat göndərən logistika habının mühafizəsi olduğu bildirilib.

Qeyd edək ki, bundan əvvəl İsveç “Gripen” döyüş təyyarələrinin də Polşaya göndərildiyini və burada NATO-nun hava nəzarəti missiyasına töhfə verdiyini elan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR