Azərbaycanda şəxsin anlaqlı olub-olmamasını xüsusi komissiya müəyyən edəcək

Azərbaycanda şəxsin anlaqlı olub-olmamasını xüsusi komissiya müəyyən edəcək
# 08 noyabr 2019 12:27 (UTC +04:00)

Azərbaycanda şəxsin anlaqlı olub-olmaması ilə bağlı məhkəmə-psixatrik ekspertizanın aparılması üçün ən azı üç məhkəmə ekspertindən ibarət komissiya təşkil ediləcək.

APA-nın xəbərinə görə, bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik təklif edilir.

Belə ki, Məcəllənin 265-ci maddəsinə (Təkbaşına və komisyon ekspertiza) yeni 265.5-ci bəndin əlavə olunması təklif edilir.

Yeni bəndə əsasən, şəxsin anlaqlı olub-olmaması ilə bağlı məhkəmə-psixatrik ekspertizanın aparılması üçün ən azı üç məhkəmə ekspertindən ibarət komissiya təşkil ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR