BŞTİ müdiri: "Məktəblərə özünüqiymətləndirmə ilə bağlı təkliflər verilib"

BŞTİ müdiri: "Məktəblərə özünüqiymətləndirmə ilə bağlı təkliflər verilib"
  • Clock-gray 12:43
  • calendar-gray 15 Oktyabr 2019

"Yeni dərs ilində tədrisin təşkili və məktəblərin ümumi fəaliyyəti baxımından səmərəliliyin artırılması, məktəblərin fəaliyyətində rəqabətliliyin genişləndirilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin möhkəmləndirilməsi üçün sistemli işin aparılması və digər bu kimi mühüm istiqamətlər əsas götürüləcək".

APA-nın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, fənlər üzrə şagirdlərin təlim nəticələrinin təhlili əsasında mövcud vəziyyətin, xüsusilə də buraxılış sinif şagirdlərinin nailiyyətlərinin əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, məktəblərdə şagird kontingentinin tam optimallaşdırılması kimi məsələlərə yer veriləcək. 

BŞTİ müdiri bildirib ki, məktəbəhazırlıq qruplarında həyata keçirilən təhsil prosesinin müəyyən olunmuş proqram istiqamətləri üzrə təmin edilməsi, bu qruplarda çalışan müəllimlərin fəaliyyətinə müntəzəm nəzarət olunması və onlara davamlı metodiki köməklik göstərilməsi də diqqət mərkəzində saxlanılacaq:

"Fənlər üzrə şagirdlərin təlim nəticələrinin təhlili əsasında siniflər üzrə mövcud vəziyyətin, xüsusilə də buraxılış sinif şagirdlərinin nailiyyətlərinin əvvəlki illərlə müqayisəli təhlili aparılıb, təhlil məktəblərə göndərilərək müvafiq təkliflər verilib".

R.Tağıyev onu da bildirib ki, monitorinqin nəticələrinə müvafiq olaraq, müəyyən məktəblərin Böyük Summativ Qiymətləndirmə (BSQ) və Kiçik Summativ Qiymətləndirmə (KSQ) materialları toplanıb, təhlil olunub:

"Məktəblərə qiymətləndirmə materiallarında proqrama uyğun olaraq bütün standartları əhatə edən sualların salınması tapşırılıb. Builki tədris ilində KSQ və BSQ-ləri uyğun hesab edilən məktəblərin nümunələri digər məktəblərə göndərilərək təcrübə mübadiləsi təşkil ediləcək. Bu da öz növbəsində qiymətləndirmədə inkişafa ehtiyacı olan məktəblər üçün faydalı olacaq. Məktəb seminarlarında nəticələrin müzakirəsi aparılıb və konkret hədəflərin müəyyənləşdirilməsi üçün istiqamətlər müəyyən olunub. Məktəblərə özünüqiymətləndirmə ilə bağlı təkliflər verilib".

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date