Əli Hüseynli: “İcra məmurlarının əməkhaqqı çox azdır”

Əli Hüseynli: “İcra məmurlarının əməkhaqqı çox azdır”
  • Clock-gray 13:36
  • calendar-gray 19 İyun 2020

“Bu gün cəza siyasəti humanistləşdirilib, həbs qətimkan tədbirinin yerinə isə digər cəza növləri seçilir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı I vitse-spiker Əli Hüseynli deyib.

O bildirib ki, bu gün elektron nəzarət vasitələrini daşıyan məhkumların sayı 3000-dən çoxdur: “Bu gün probasiya ilə məşğul olan icra məmurlarının əməkhaqqı çox aşağıdır. Bu baxımdan qanun layihəsində təklif edilən vəsaitin icra məmurlarının maddi vəziyyətinin yaxşılaşdırılmasına yönəldilməsi təqdirəlayiqdir. Bu vəsaitdən istifadə qaydası Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək”.

Firuzə Vahid

Digər xəbərlər