Qarabağ Regional Meşə Təsərrüfatı Mərkəzi yaradılıb

Qarabağ Regional Meşə Təsərrüfatı Mərkəzi yaradılıb
  • Clock-gray 23:46
  • calendar-gray 20 Avqust 2019

Nazirlər Kabineti “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” qərara dəyişiklik edib.

APA-nın məlumatına görə, Qarabağ Regional Meşə Təsərrüfatı Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumlar siyahısına daxil edilib.

Qarabağ Regional Meşə Təsərrüfatı Mərkəzi büdcədən maliyyələşdiriləcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 16 yanvar tarixli fərmanına əsasən, Nazirlər Kabinetinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Şuşa İriləşdirilmiş Meşəbəyiliyinin, Ağdərə Meşə Təsərrüfatının, Kəlbəcər Meşə Təsərrüfatının, Laçın Meşə Təsərrüfatının və Zəngilan Meşə Təsərrüfatının ləğv edilərək, onların əsasında Qarabağ Regional Meşə Təsərrüfatı Mərkəzinin yaradılmasını təmin etmək və nəticəsi barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılmışdı.

 

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date