Elton Con koronavirusa yoluxub - VİDEO

Elton Con

© APA | Elton Con

# 26 yanvar 2022 02:16 (UTC +04:00)

Britaniyalı müğənni Elton Con (əsl adı Rejinald Kennet Duayt) çərşənbə axşamı günü koronavirusa yoluxduğunu açıqlayıb.

APA-nın məlumatına görə, musiqiçi bu barədə İnstaqram səhifəsində yazıb.

O bildirib ki, bu səbəbdən onun ABŞ-da verəcəyi bir sıra konsertləri təxirə salınacaq.

Peyvənd sayəsində xəstəliyə asanlıqla dözdüyünü yazan 74 yaşlı Elton Con vurğulayıb ki, Dallasda planlaşdırdığı çıxışları başqa vaxta təyin edəcək: “Xoşbəxtlikdən, tam peyvənd olunmuşam və gücləndirici vurulmuşam. Yüngül simptomlarım var, ona görə də gələn həftə sonu Arkanzasda çıxış edə biləcəyimi gözləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR