Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB
# 20 aprel 2024 16:25 (UTC +04:00)

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.

APA xəbər verir ki, əvvəlcə mərhumla evində və Göy məsciddə vida mərasimi keçirilib.

Mərasimdən sonra cənazə "Qurd qapısı" qəbiristanlığına aparılaraq torpağa tapşırılıb.

***

15.23

Əməkdar artist Cavanşir Məmmədov bu gün "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Bu barədə APA-nın müxbiri xəbər verib.

***

13.12

Əməkdar artist Cavanşir Məmmədovla bağlı 20.04.2024-cü il tarixində saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, saat 12:05-də təcili yardım briqadası çağırış ünvanına cəlb olunub.

Ünvanda həkiməqədər ölüm qeydə alınıb.

***

13.00

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib.

APA xəbər verir ki, müğənni bu gün dünyasını dəyişib.

Xəbəri APA-ya ailə üzvləri təsdiqləyiblər. Sənətçinin təxminən bu gün saat 11-12 radələrində vəfat etdiyini deyiblər. Ölümün səbəbi hələlik bəlli deyil.

Qeyd edək ki, C. Məmmədovun nəşi Göy məscidə aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR