Rusiya Asiya Şahmat Konfederasiyasına üzv qəbul olunub

Rusiya Asiya Şahmat Konfederasiyasına üzv qəbul olunub
# 28 fevral 2023 17:12 (UTC +04:00)

Rusiya Şahmat Federasiyası (RŞF) Avropa qitəsini tərk edib.

Apasport.az saytının məlumatına görə, qurum Asiya Şahmat Konfederasiyasına üzv qəbul olunub.

Bu barədə qərar qitə qurumunun Baş Assambleyasında verilib. Hüquqi cəhətdən Rusiya mayın 1-dən Asiyaya qoşulacaq. Bu üzdən şimal qonşularımız qarşıdakı Avropa çempionatında iştirak edəcək.

Bu yarış Serbiyada təşkil olunacaq. Qitə çempionatı martın 3-də start götürəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR