Azərbaycan yığması "Fənərbaxça" ilə heç-heçə oynayıb

Azərbaycan yığması "Fənərbaxça" ilə heç-heçə oynayıb
# 29 dekabr 2019 22:43 (UTC +04:00)

Türkiyədə təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama matçını keçirib.

Apasport.az saytının məlumatına görə, yığma İstanbulda “Fənərbaxça” klubu ilə üz-üzə gəlib.

Qarşılaşma voleybolçularımız üçün yaxşı başlayıb. Təmsilçimiz ardıcıl 2 setdə rəqibindən üstün olub – 25:22, 25:23.

Lakin növbəti hissələrdə rəqib təşəbbüsü ələ alıb və status-kvonu bərpa edib – 25:17, 25:23.

Komandalar qarşılıqlı razılığa əsasən tay-breki oynamayıblar və yığma Vasif Talıbovun rəhbərliyi altında ilk qarşılaşmanı qələbəsiz başa vurub - 2:2.

Qeyd edək ki, Olimpiya təsnifat turnirinə hazırlaşan millimiz qardaş ölkədə daha bir sınaq oyunu keçirəcək. Rəqib “Türk Hava Yolları” olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR