Azərbaycan yığması Braziliyada Tokio-2020-yə lisenziya şansını itirib - FOTOSESSİYA

Azərbaycan yığması Braziliyada Tokio-2020-yə lisenziya şansını itirib - FOTOSESSİYA
# 02 avqust 2019 23:51 (UTC +04:00)

Qadın voleybolçular arasında 2020-ci ildə Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turniri davam edir.

APA-nın məlumatına görə, D qrupunda mübarizə aparan Azərbaycan millisi II tur çərçivəsində Braziliya ilə üz-üzə gəlib.

Oyunlara ev sahibliyi edən "sambaçılar" Covanni Kapraranın rəhbərlik etdiyi yığmaya tay-brekdə qalib gəlməyi bacarıblar. Düzdür, birinci setdə öz topunu götürə bilməyən komandamız 13:25 hesabı ilə məğlub olub. Lakin ikinci hissədə toppaylayıcı Yana Əzimovanın əvəzinə meydana çıxan Kristina Yaqubova oyunun ssenarisinin dəyişib. Nəticədə ikinci seti 25:23 hesabı ilə qazanan millimiz növbəti hissəni 6 top irəlidə bitirib - 25:19.

Üçüncü setdə də komandamız bir neçə dəfə önə çıxıb. Lakin yenidən müdafiədə və servisdəki səhvlər rəqibin xeyrinə olub. Braziliyalılar 25:19 hesablı qələbə sayəsindən status-kvonu bərpa ediblər - 2:2.

Tay-brekdə də voleybolçularımız lazımı oyunu göstərə bilməyiblər və 12:15 hesabı ilə uduzublar.

Beləliklə, 3:2 hesabı ilə qalib gələn Braziliya aktivindəki xalların sayını 5-ə çatdırıb. İlk matçda Dominikan Respublikasına 0:3 hesabı ilə uduzan Azərbaycan yığması bu məğlubiyyətdən sonra 1 xal qazansa da, Tokio-2020-yə lisenziya verən birinci yer şansını itirib. Komandamız üçün son turda Kamerunla oyun formal xarakter daşıyacaq.

Qeyd edək ki, D qrupunun digər qarşılaşmasında Dominikan Respublikası və Kamerun gücünü yoxlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR