Bakı klubu avrokubok üçün 9 legioner sifariş edib

Bakı klubu avrokubok üçün 9 legioner sifariş edib
# 31 avqust 2019 12:31 (UTC +04:00)

Qadın həndbolçulardan ibarət “Azəryol” klubu avrokubok üçün sifariş vərəqini Avropa Həndbol Federasiyasına göndərib.

APA-nın məlumatına görə, EHF kubokunda debüt edəcək Bakı təmsilçisi Ukraynanın “Qaliçanka” klubu ilə matçlar üçün siyahıya 17 oyunçunun adını daxil edib.

Bunlardan 9-u legionerdir. Onlar Ukrayna, Rusiya, Gürcüstan və Belarusdandır.

"Azəryol"un heyəti: Yelizaveta Hilyazetdinova, Vlada Kosmina, Polina Trubitsina, Katerina Voskoboynik (hamısı Ukrayna), İrina Mixalkoviç, İrina Spas (hər ikisi Belarus), Darya Rusinova, Yekaterina Seroştanova (hər ikisi Rusiya), Mariya Vəliyeva (Gürcüstan), Kamilə Bayramova, Aytən Qəhrəmanova, İrina Qasımova, Azaliya Həsənova, Rəna Həsənova, Səbinə Smagina, Səbinə Mustafayeva, İnarə Yusubova.

Qeyd edək ki, EHF kubokunun I təsnifat mərhələsi çərçivəsində keçiriləcək matçlar sentyabrın 7-də və 8-də olacaq. Hər iki qarşılaşma Lvovda təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR