Bakıda Ümumdünya Turizm Təşkilatının Avropa üzrə Komissiyanın 49-cu iclası keçiriləcək

Bakıda Ümumdünya Turizm Təşkilatının Avropa üzrə Komissiyanın 49-cu iclası keçiriləcək
# 25 fevral 2009 14:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. 24-26 mart tarixlərində Bakıda Ümumdünya Turizm Təşkilatının Avropa üzrə Komissiyanın 49-cu iclası və “İqtisadiyyat Böhranının Avropa Turizminə təsiri” adlı texniki seminarın keçirilməsi nəzərdə tutulur. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, tədbirlərdə Avropanın 45 ölkəsindən nümayəndə heyətinin iştirakı gözlənilir. İclasın Bakıda keçirilməsi haqqında qərar 2008-ci ilin 15-16 may tarixlərində Çexiya Respublikasının Praqa şəhərində BMÜTT-nin Avropa üzrə Komissiyasının 48-ci iclasında qəbul edilib. Həmin iclas zamanı növbəti iclasın keçirilmə yeri və tarixi müzakirə olunub. Bununla əlaqədar, Azərbaycan və Bolqarıstan öz namizədliklərini irəli sürüblər. Hər iki ölkə tərəfindən turizm imkanları haqqında geniş təqdimatlar keçirilib. Təqdimat zamanı Azərbaycanın turizm potensialı, abidələri, turizm inkişafı ilə bağlı statistik göstəriciləri, ölkədə fəaliyyət göstərən turizm şirkətləri, mehmanxanalar, turizm informasiya mərkəzləri, beynəlxalq aviaşirkətlərin respublikamızdakı nümayəndəlikləri, marketinq sahəsində müxtəlif istiqamətdə aparılan işlər, hazırda turizm sahəsində əldə olunan nailiyyətlər, dövlət proqramının prioritet sahələri, ölkəmizin turizm sahəsində beynəlxalq əlaqələri və Azərbaycanda “MİCE” turizminin inkişafı haqqında ətraflı məlumat verilib. Bolqarıstan Respublikası təqdimat zamanı öz namizədliyini Azərbaycan Respublikasının xeyrinə geri götürərək BMÜTT-nin Avropa üzrə Komissiyasının 49-cu iclasının 2009-cu ilin mart ayında Bakıda keçirilməsi qərara alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR