Nabranda yeni kurort inşa olunacaq

Nabranda yeni kurort inşa olunacaq
# 24 dekabr 2009 06:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yaxın səkkiz il ərzində Xaçmaz rayonunun Nabran qəsəbəsində yeni turizm kurortunun inşası nəzərdə tutulub.

Azərbaycan Mədəniyət və Turizm Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tikintisi 8 il davam edəcək «Bello Bonty» (rekreasiya sahəsi) turizm kurortunun inşası layihəsi sahibkar Məmişov Telman tərəfindən icra olunacaq. Layihənin əsas məqsədi Xaçmaz rayonunda turizmin inkişaf etdirilməsidir. Layihə çərçivəsində kurortun tikintisi, dağlara turların təşkili və digər xidmətlərin təklif olunması nəzərədə tutulur.

Layihənin ümumi dəyəri 10 mln. ABŞ dolları təşkil edir ki, vəsaitin 9 mln. dolları və ya 90%-i kredit şəklində cəlb olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR