Şimali Qafqazda 5 iri kurort tikiləcək

Şimali Qafqazda 5 iri kurort tikiləcək
# 17 may 2010 08:11 (UTC +04:00)
Bakı – APA-Economics. Rusiya prezidenti Dmitri Medvedevin göstərişi ilə 2020-ci ilədək Şimali Qafqazda 5 yeni dağ-xizək kurortu tikiləcək.

APA-Economics”in Rusiyada nəşr olunan “Kommersant” qəzetinə istinadən məlumatına görə, tikintiyə 450 mlrd. rubl (14,8 mlrd. dollar) sərf olunacaq.

Layihənin hazırlanması prezidentin Şimali Qafqaz Federal Dairəsindəki səlahiyyətli nümayəndəsi Aleksandr Xloponinə tapşırılıb. Plana əsasən, obyektlər Matlasda (Dağıstan), Mamisonda (Şimali Osetiyada), Arxızda (Qaraçay-Çərkəz), Laqo-Nakidə (Adıgey) və Elbrusda (Kabardin-Balkar) inşa olunacaq.

Qeyd edək ki, kurortların tikintisi üçün nəzərdə tutulan vəsaitin həcmi 2014-cü ildə Soçidə keçiriləcək Olimpiadaya sərf olunacaq vəsaitdən iki dəfə çoxdur. Bu kurortlarda 23-29 min nömrəlik hotellər inşa ediləcək. Layihədə iştirakla investisiya təklifləri “Morgan Stanley”, “JPMorgan”, “Citi”, “Allianz” kimi şirkətlərə, eləcə də digər suveren və investisiya fondlarına göndərilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR