Soçidə “Qara dəniz bölgəsində kurort və turizm infrastrukturunun inkişafı” mövzusunda beynəlxalq konfrans keçirilir

Soçidə “Qara dəniz bölgəsində kurort və turizm infrastrukturunun inkişafı” mövzusunda beynəlxalq konfrans keçirilir
# 07 oktyabr 2010 10:42 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Rusiyanın Soçi şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının “Qara dəniz bölgəsində kurort və turizm infrastrukturunun inkişafı” mövzusunda beynəlxalq konfrans keçirilir. APA-nın məlumatına görə, konfransda Qara dəniz bölgəsində turizmin inkişafı, turizmdə dövlət-özəl sektor tərəfdaşlığı, turizmin inkişafında regional təcrübə məsələləri müzakirə olunur.
Azərbaycanın da təmsil olunduğu toplantı oktyabrın 8-nə qədər davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR