Fevralda Azərbaycana gələn turistlərin sayı açıqlanıb

Fevralda Azərbaycana gələn turistlərin sayı açıqlanıb
# 07 mart 2023 18:16 (UTC +04:00)

Ötən ay ölkəyə 113 473 turist gəlib.

APA Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 49 faiz çoxdur. Belə ki, 2022-ci ilin fevralında ölkəyə gələnlər 76 376 nəfər təşkil edib.

Ən çox turist Rusiya (35 067), Türkiyə (23 714), İran (10 228), Gürcüstan (6584), Hindistan (4653) və Pakistandan (3864) gəlib.

2019-cu ilin müvafiq dövrü ilə müqayisə etdikdə bu ilin fevralında Türkiyə (6 faiz), Cənubi Asiya (33 faiz), Cənub Şərqi Asiya (44 faiz) və Afrikadan (21 faiz) gələnlərin sayında artım müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR