İsveçli səyyah: Azərbaycan minaaxtaranlarına Nobel sülh mükafatı verilməlidir

Stig Lindgren

© APA | Stig Lindgren

# 11 may 2023 13:47 (UTC +04:00)

Azərbaycanın azad edilmiş ərazilərində gördüklərim məni çox təsirləndirdi. Mina təmizləyənlərin, ANAMA əməkdaşlarının özlərini risk altına atması, doğrudan da, təsiredici bir məqamdır.

Bunu APA-ya Xocavənd və Füzuliyə səfər edən İsveçdən olan beynəlxalq səyahətçi Stig Lindgren deyib.

Stig Lindgren Azərbaycan minaaxtaranlarının fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib:

“Mən gördüklərimə əsasən, istəyərdim ki, ANAMA əməkdaşlarına da Nobel sülh mükafatı verilsin. Çünki görülən iş çox əhəmiyyətlidir. Üstəlik, burada gördüklərimdən çox təəssüf hissi keçirirəm. Bu torpaqlara barış arzu edirəm. Çox təəssüf ki, hadisələrdən sadə insanlar əziyyət çəkir. Mənim dualarım həmişə burada olan vətəndaşlar üçün olacaq. Çalışacağıq ki, gördüklərimizi dünya ictimaiyyətinə çatdıraq. Ərazi çox böyükdür, bura dəstək lazımdır”.

Nihat Pir

Habil Aslanoğlu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR