Koronavirusa görə son üç gündə minlərlə aviareys ləğv olunub

Koronavirusa görə son üç gündə minlərlə aviareys ləğv olunub
# 27 dekabr 2021 12:55 (UTC +04:00)

Dünya üzrə aviaşirkətlər COVID-19-un yayılması səbəbindən dekabrın 24-dən ümumilikdə 5,9 minə yaxın reysi ləğv edib.

"APA-Economics" "Flightaware"ə istindən xəbər verir ki, o cümlədən, bazar günü 1,5 mindən çox reysin ləğv olunduğu bildirilir.

Bunun əsas səbəbi COVID-19-un yeni dalğası, xüsusən də Omikron ştamının yayılmasıdır. Nəticədə yüzlərlə pilot, ekipaj üzvləri və digər aviaşirkət işçiləri özlərini təcrid edib. Aviaşirkətlər bütün işçiləri əvəz edə bilməyib, bu da uçuşların ləğvinə səbəb olub. Bununla yanaşı, aviaşirkətlərin bazar ertəsi günü daha çox reysi ləğv edəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR