Səmərqənd ilk dəfə Ümumdünya Turizm Təşkilatı Baş Assambleyasına ev sahibliyi edəcək

Səmərqənd ilk dəfə Ümumdünya Turizm Təşkilatı Baş Assambleyasına ev sahibliyi edəcək
# 03 dekabr 2021 18:29 (UTC +04:00)

Səmərqənd 2023-cü ildə Ümumdünya Turizm Təşkilatı Baş Assambleyasının 25-ci sessiyasına ilk dəfə ev sahibliyi edəcək.

"APA-Economics" Özbəkistanın Dövlət Turizm Komitəsinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Turizm Təşkilatı Baş Assambleyasının Madriddə keçirilən 24-cü sessiyasında bildirilib.

"Səmərqənddə keçiriləcək Ümumdünya Turizm Təşkilatı Baş Assambleyasının 25-ci sessiyası mindən çox xarici qonaq və yerli əhali və sənətkarlar üçün gəlir gətirəcək. Özbəkistanda yüksək səviyyəli tədbirin keçirilməsi dünya mediasının diqqətini çəkəcək, bu, turizm potensialını inkişaf etdirəcək və nəticədə ölkəyə daha çox turistin gəlməsinə səbəb olacaq", - Özbəkistanın Baş nazirinin müavini Əziz Əbdukərimov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR