Ulduz alan hotellərin sayı açıqlanıb

Ulduz alan hotellərin sayı açıqlanıb
# 25 may 2023 12:02 (UTC +04:00)

Milli ulduz təsnifatı üzrə təsnif olunan hotellərin sayı açıqlanıb.

APA Hotel Assosiasiyasına istinadən xəbər verir ki, bu vaxta qədər 18 hotelə 5, 10 hotelə 4, 8 hotelə isə 3 ulduz verilib.

Həmçinin 1 hotel isə üstünlük (superior) dərəcəsi alıb.

Qeyd edək ki, “Mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları” qaydasına əsasən daha yüksək ulduz dərəcəsinin minimal bal miqdarını toplayan, lakin həmin ulduz dərəcəsinin təyin edilməsi üçün məcburi meyarlara uyğun olmayan mehmanxanaya əlavə olaraq üstünlük (superior) dərəcəsi təyin edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR