Xarici səyyahlar Şuşa şəhərinə səfər ediblər - FOTO

Xarici səyyahlar Şuşa şəhərinə səfər ediblər - FOTO
# 08 sentyabr 2022 11:57 (UTC +04:00)

20-dən çox ölkədən gələn 40-a yaxın beynəlxalq səyyah Şuşa şəhərinə səfər edib.

APA-nın Qarabağ müxbiri xəbər verir ki, nümayəndə heyətinə Şuşa şəhəri, onun tarixi və turizm potensialı barədə ətraflı məlumat verilib.

Eyni zamanda, qonaqlara məlumat verilib ki, 30 illik işğal dövründə dini abidələr, o cümlədən məscidlər erməni vandallığına məruz qalıb.

Diqqətə çatdırılıb ki, Şuşa işğaldan azad olunandan dərhal sonra bu məscidlərdə təmir-bərpa işlərinə başlanılıb.

Beynəlxalq səyyahlar Bülbülün, Natəvanın və Üzeyir Hacıbəyovun ermənilər tərəfindən güllələnmiş heykəlləri ilə tanış olublar.

Dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Charles Veleyin başçılıq etdiyi nümayəndə heyəti Şuşa şəhərindən sonra Ağdama yola düşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR