Yanvarda 90 minə yaxın Azərbaycan vətəndaşı xaricə səfər edib

Yanvarda 90 minə yaxın Azərbaycan vətəndaşı xaricə səfər edib
# 24 fevral 2022 12:04 (UTC +04:00)

Bu ilin yanvar ayında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı illik ifadədə 3,2 dəfə artaraq 89,6 min nəfər olub.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinin açıqlamasına istinadən xəbər verir.

Hesabat ayında Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 5,6 dəfə, İrana gedənlərin sayı 3,6 dəfə, Türkiyəyə gedənlərin sayı 2,6 dəfə, Gürcüstana gedənlərin sayı isə 2,5 dəfə artıb. Ölkə vətəndaşlarının 39,4%-i Türkiyəyə, 25,8%-i Rusiya Federasiyasına, 8%-i Gürcüstana, 9,7%-i İrana, 17,1%-i digər ölkələrə səfər edib. Gedənlərin 67,8%-ni kişilər, 32,2%-ni qadınlar təşkil edib.

2022-ci ilin yanvar ayında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 31,2%-i dəmir yolu və avtomobil, 66,3%-i hava, 2,5%-i isə dəniz nəqliyyatından istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR