İyunda Saloniki-Bakı çarter aviareysi açılacaq

İyunda Saloniki-Bakı çarter aviareysi açılacaq
# 14 fevral 2020 17:37 (UTC +04:00)

Yunanıstanın "Ellinair" aviaşirkəti bu ilin iyun ayının 15-dən etibarən Saloniki-Bakı-Saloniki marşrutu üzrə çarter aviareysləri yerinə yetirəcək.

"APA-Economics"in "Ellinair"ə istinadən verdiyi məlumata görə, Bakıdan Salonikiyə ilk uçuş iyunun 16-da həyata keçiriləcək. Uçuşlar hər həftənin çərşənbə axşamı "Airbus A319" təyyarəsi ilə yerinə yetiriləcək. Ümumiyyətlə, sözügedən çarter aviareysi üzrə 12 uçuş realizə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR