Ötən ay Azərbaycana 67 mindən çox Rusiya vətəndaşı gəlib

Ötən ay Azərbaycana 67 mindən çox Rusiya vətəndaşı gəlib
# 12 fevral 2020 15:58 (UTC +04:00)

2019-cu ildə Azərbaycana səfər edən Rusiya vətəndaşlarının sayı 932 min nəfər təşkil edib.

Dövlət Turizm Agentliyindən APA-ya verilən məlumata görə, bu da 2018-ci illə müqayisədə 6.1% artım deməkdir.

Bu ilin yanvar ayında isə Azərbaycana 67884 Rusiya vətəndaşı gəlib. Bu isə 2019-cu ilin yanvar ayı ilə müqayisədə 20.5% artım hesab olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR