Xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 23%-dən çox azalıb

Xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 23%-dən çox azalıb
  • Clock-gray 12:28
  • calendar-gray 17 Aprel 2020

Bu ilin yanvar-mart aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23,3% azalaraq 932,5 min nəfər olub.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ölkə vətəndaşlarının 34,1%-i İrana, 30%-i Gürcüstana, 20,4%-i Rusiyaya, 9,8%-i Türkiyəyə, 5,7%-i isə digər ölkələrə səfər edib. Gedənlərin 68,5%-ni kişilər, 31,5%-ni qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 32,8%, Türkiyəyə gedənlərin sayı 23,8%, Gürcüstana gedənlərin sayı 16,7%, Rusiyaya səfər edənlərin sayı isə 13,8% azalıb.

Hesabat dövründə xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 82,9%-i dəmir yolu və avtomobil, 16,2%-i hava, 0,9%-i isə dəniz nəqliyyatından istifadə edib.

APA-Economics

Digər xəbərlər